Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb – FOTO

S.Xankişiyeva16:38 - 05 / 08 / 2021
Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb – FOTO

Qara dənizdə “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələri yayıb.

Təlimlərdə Ukrayna ilə yanaşı ABŞ, Bolqarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan hərbçiləri iştirak edirlər.

Təlimlərin əsas məqsədi çoxmillətli dalğıcların taktiki hərəkətlərini sinxronlaşdırmaq və müxtəlif ölkələrdən olan dalğıcların tapşırıqları birgə yerinə yetirmək bacarıqlarını inkişaf etdirməkdir.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər