Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – MN | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – MN

S.Xankişiyeva16:37 - 06 / 08 / 2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – MN

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər