Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub
Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 44 idmançıdan 7-si medal qazanıb.
Bu gün son 9 idmançı mübarizə aparıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda təsnifat mərhələsində iki hərəkətin cəmində 74,350 xal toplayıb. Yığma 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.
Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) finalda yaponiyalı Takuto Otoquroya uduzub. Şərif Şərifov (97 kq) isə təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeyə qalib gəlsə də, bürünc medal qarşılaşmasında kubalı Reyneris Salas Pereslə bacarmayıb və 5-ci yerlə kifayətlənib.
Qadın güləşçi Mariya Stadnik (50 kq) monqolustanlı Namuuntsetseq Tsoqt Oçiri məğlub edərək bürünc medala sahib çıxıb.
Karateçi İrina Zaretska (+61) isə finalda Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medalla kifayətlənib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc
Boks: Alfonso Dominges (81 kq) - bürünc
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc
Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) (hər ikisi gümüş)
Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş
Qadın güləşi: Mariya Stadnik (50 kq) – bürünc
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad
Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Atıcılıq: Ruslan Lunyov
Atletika: Nazim Babayev (üç təkanla tullanma)
Karate: Firdovsi Fərzəliyev (67 kq)
Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)
Qadın güləşi: Elis Manolova (68 kq)
Sərbəst güləş: Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)
Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova
Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina.