Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb – YENİLƏNİB

S.Xankişiyeva17:28 - 14 / 08 / 2021
Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb – YENİLƏNİB

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.

17:07

Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər