XİN: Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə yardım göstərməyə hazırdır

Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyini özünün Twitter səhifəsində yazıb.
“İsraildə baş verən dağıdıcı meşə yanğınlarını diqqət və həyəcanla izləyirik. Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır”, - paylaşımda deyilir.
449