"Qalatasaray"da şok: İki futbolçu oyun zamanı əlbəyaxa oldu - VİDEO | 1news.az | Xəbərlər
İdman

"Qalatasaray"da şok: İki futbolçu oyun zamanı əlbəyaxa oldu - VİDEO

1news Redaksiyası11:36 - 17 / 08 / 2021
"Qalatasaray"da şok: İki futbolçu oyun zamanı əlbəyaxa oldu - VİDEO

Türkiyə Super Liqasının ilk turunda bir qədər əvvəl başa çatan "Giresunspor" - "Qalatasaray" matçında (0:2) xoşagəlməz anlar yaşanıb.

1news.az Fanat.az-a istinadən xəbər verir ki, matçın ikinci hissəsində "Qalatasaray"ın iki futbolçusu - Markao və Kerem Aktürkoğlu dalaşıb.

Mübahisədən sonra braziliyalı futboloçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub.

1news.az

Paylaş:
1276

Son xəbərlər

Bütün xəbərlər