İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin təməlini qoyub | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin təməlini qoyub

S.Xankişiyeva12:15 - 17 / 08 / 2021
İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin təməlini qoyub

Avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir.

Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər