Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

S.Xankişiyeva09:07 - 18 / 08 / 2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər