Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu andı | 1news.az | Xəbərlər
Siyasət

Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu andı

S.Xankişiyeva09:06 - 19 / 08 / 2021
Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu andı

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə avqustun 17-də Şuşanı ziyarət edən diaspor nümayəndələri arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Ramiz Cəfərovun qızı, hazırda Polşada təhsil alan Nigar Cəfərova da olub.

Komitədən 1news.az-a verilən məlumata görə, Ramiz Cəfərov özü də xaricdə, 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeevka şəhərində dünyaya göz açmışdı. Orta məktəbi isə Sumqayıtda bitirərək, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.

40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Ramiz Cəfərov noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.

Ramiz Cəfərovun Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Atasının azadlığı uğrunda şəhid olduğu torpaqları ziyarət etmək Nigarın ən böyük arzusu olub.

Məhz Diasporla İş üzrə Dövlət Komitəsi şəhid övladının bu arzusunu gerçəkləşdirdi. O, Şuşada - Cıdır düzündə Azərbaycan bayrağına sarılaraq, əlində atasının portreti ilə şəhid Ramiz Cəfərovun və bütün şəhidlərimizin xatirəsini anıb.

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməni millətçiləri tərəfindən Qarabağda törədilən vəhşilikləri gözləri ilə görməsi və yaşadıqları ölkələrin cəmiyyətinə çatdırması məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi Bakıda olan diaspor nümayəndələrinin ikinci qrupunun işğaldan azad olunmuş Şuşa şəhərinə səfərini təşkil edib.

Paylaş:
648

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər