BMT-nin əlaqələndiricisi COVID-19-la mübarizədə göstərdiyi səylərə görə İlham Əliyevə minnətdarlığını bildirib | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin əlaqələndiricisi COVID-19-la mübarizədə göstərdiyi səylərə görə İlham Əliyevə minnətdarlığını bildirib

Qafar Ağayev15:38 - 24 / 08 / 2021
BMT-nin əlaqələndiricisi COVID-19-la mübarizədə göstərdiyi səylərə görə İlham Əliyevə minnətdarlığını bildirib

COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm.

1news.az-ın məlumatına görə, bunu BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Vladanka Andreyeva bildirib:

"BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaşı var. Gələn il, biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda, BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq. Bir halda, qeyd olunacaq və nəzərdən keçiriləcək tarixlər çoxdur, hesab edirəm ki, son 18 ay görünməmiş hadisələrlə yadda qaldı. COVID-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər mübarizə aparırdılar. Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə, BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq".

Paylaş:
496

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər