Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – MN | 1news.az | Xəbərlər
Siyasət

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – MN

S.Xankişiyeva17:08 - 24 / 08 / 2021
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – MN

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər