Deputat: “4000-ə yaxın azərbaycanlının taleyi barədə Ermənistan heç bir məlumat verməyib” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “4000-ə yaxın azərbaycanlının taleyi barədə Ermənistan heç bir məlumat verməyib”

Qafar Ağayev17:29 - 27 / 08 / 2021
Deputat: “4000-ə yaxın azərbaycanlının taleyi barədə Ermənistan heç bir məlumat verməyib”

“44 günlük vətən müharibəsində ali baş komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu döyüşərək erməni terroristlərin və faşistlərini Azərbaycan torpaqlarından qovdu çıxardı və ərazi bütövlüyünü bərpa etdi”.

Bu barədə 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan bu 44 gün ərzində düşmənə qarşı ləyaqətli və ədalətli mübarizə apardı. Bütün beynəlxalq konvensiya və hüququn qaydalarına əməl edərək, heç bir hərbi cinayət törətmədi. Yalnız əli silah tutan terroristlərə və Ermənistan əsgərlərinə, zabitlərinə qarşı döyüşdü. Müharibənin sonunda da Azərbaycan Ermənistan tərəfindən döyüşmüş şəxslərin meyitlərinin ermənilərə verilməsini təmin etdi, bu proses hələ də davam edir”.

N.Həmzəyev qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə hələ də Ermənistan tərəfi heç bir məlumat verməyib.

“Ermənistan tərəfi bu məlumatları gizlədir. Necə ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə minalanmış ərazilərin xəritələrini verməkdən ilk başda imtina edirdilər, daha sonra məcbur olaraq bir hissəsini verdilər. Ancaq təəssüflər olsun ki, son verdikləri xəritədə də dəqiqlik cəmi 25 faizdir. Ancaq bunun qarşılığında Azərbaycan humanist addımlarını davam etdirməkdədir. Birbaşa azərbaycanlılara qarşı cinayət törətmiş erməni girovlarının bir qisminin verilməsini təmin etdi, meyitlərin qaytarılmasında Ermənistan tərəfinə heç bir maneə yaratmadı. Mən düşünürəm ki, Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar qarşısında xüsusilə qaldırmalıdır, ən azından Ermənistan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı hansısa məlumatlar əldə etməlidir”.

Deputat bildirib ki, məlumatlara görə Ermənistan əsir və girovların orqanlarında istifadə ediblər.

“Ermənilər əsir və girovlara işgəncələr verib. Bütün bu faktların ortaya çıxması üçün Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyində olan şəxslər beynəlxalq tribunala verilməli və beynəlxalq ictimaiyyət qarşısında , beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Xocalı soyqırımını törədənlər, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı döyüşən, vəhşiliklər törədənlər öz layiqli cəzalarını almalıdırlar. Düşünürəm ki, həmin cinayətkarlar ən qısa zamanda öz cəzalarını alacaqlar. Belə olduğu halda onlar həqiqətləri söyləyə bilər və Birinci Qarabağ savaşı zamanı əsir düşmüş vətəndaşlarımızın taleyi haqqında məlumat əldə edə bilərik”.

Paylaş:
856

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər