Kamran Əliyev Ankaraya səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Kamran Əliyev Ankaraya səfərə gedib

Qafar Ağayev10:21 - 01 / 09 / 2021
Kamran Əliyev Ankaraya səfərə gedib

Baş prokuror Kamran Əliyev Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər