Ceyhun Bayramov Qırğızıstanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Qırğızıstanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib - FOTO

Qafar Ağayev17:34 - 03 / 09 / 2021
Ceyhun Bayramov Qırğızıstanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib - FOTO

3 Sentyabr 2021-ci il tarixində, xarici içlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib.

XİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfirin etimadnaməsinin surətini qəbul edən nazir, onu təyinatı münasibətilə təbrik edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Səfir, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və nazir Kazakbaevin Azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş:
461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər