Ərzaq və qeyri-ərzaq mallarının qiyməti niyə artır? - İqtisadçı ekspert səbəbləri açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərzaq və qeyri-ərzaq mallarının qiyməti niyə artır? - İqtisadçı ekspert səbəbləri açıqladı

17:14 - 06 / 09 / 2021
Ərzaq və qeyri-ərzaq mallarının qiyməti niyə artır? - İqtisadçı ekspert səbəbləri açıqladı

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir çox sahələrinə təsirsiz ötüşmədi. Elə götürək neftin qiymətini. Belə ki, neftin qiymətinin qeyri-sabit olması nəticəsində iqtisadi fəallıq azaldı, tətbiq edilən məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb oldu. Amma bununla belə deyə bilərik ki, milli iqtisadiyyat tənəzzülə uğramadı. Təbii ki, buna səbəb dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında son illər aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması idi. Ümumiyyətlə, maraqlıdır, iqtisadiyyatımız ötən dövr ərzində pandemiya qaydalarına nə dərəcədə uyğunlaşıb?

“BiG Group” şirkətinin rəhbəri, iqtisadçı-ekspert Namiq Abdullayev 1news.az-ın bu və digər suallarını cavablandırıb.

-İqtisadiyyatımız nə vaxt özünün dirçəliş dövrünü yaşayacaq?

-İlk öncə deyim ki, dünyada pandemiyanın yaranması təbii ki, özü ilə iqtisadi çətinliklər də gətirdi. Azərbaycan da zərərçəkmiş ölkələrdən biridir. Əslində krizisin olmasını dünya iqtisadçıları əvvəlcədən deyirdilər, gözlənilən idi. Pandemiya bu prosesi sürətləndirdi. Pandemiya başlayan zaman çox sahələr ciddi eniş yaşadı, başlıca neftin qiyməti kəskin düşdü. Təbii ki, neftin qiymətinin düşməsi bizim iqtisadiyyatımıza böyük təsir etdi. 2021-ci ildən artıq neftin qiymətinin qalxması ölkəyə gələn valyuta ehtiyatlarını artırdı. Bu, bizim üçün sevindirici hal idi. Bundan başqa deyə bilərəm ki, məqsədyönlü addımları ilə seçilən Prezident İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf etdirməklə neftdən asılılığın azaldılması siyasətini həyata keçirtdi. Pandemiyanın olması bu işi daha da sürətləndirməyə əsas verdi. Fikrimcə pandemiya bitəndən sonra qeyri-neft sektoru da öz layiqli yerini tutacaq. Ölkədə bu istiqamətdə artımların olması həm dövlət, həm sahibkarlar üçün maraqlıdır.

-İqtisadiyyatın zəifləməsi ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına səbəb oldu. Hətta bəzi işbaz sahibkarlar bunu fürsət bilib süni qiymət artımına yol verdilər. Necə düşünürsünüz, qiymətlərin qalxması iqtisadiyyatın azca da olsa dirçəlməsinə hesablanıb?

- Son zamanlar baş verən hadisələr bir çox sahibkarlara məxsus obyektlərin bağlanmasına səbəb olub. Bununla insanların alıcılıq qabiliyyəti də aşağı düşüb. Paralel olaraq nəqliyyat xərcələri və benzinin qiyməti də artıb. Bir çox məhsuların xaricdən gəlməsini nəzərə alsaq, import proseslərin gecikməsi də qiymətə təsir edir. Əvvəl karqo şirkətləri 1-2 həftə ərzində məhsul gətirə bilirdilərsə, indi bu proses 1 aya kimi uzanıb. Təbii ki, xərclərin artması, bütün bunların fonunda insanların alıcılıq qabiliyətinin aşağı düşməsi qiymətlərin artmasına gətirib çıxarır. Sahibkarların biznes imkanlarının genişlənməsi üçün dövriyyə və maaliyyə axınının olması mütləqdir. Bir çox sahibkarlar qiymət artımını ona görə ediblər ki, biznesləri çökməsin. Amma bunu fürsət bilib edənlər də az deyil.

-Bəzi iqtisadçılar normal iqtisadi sistemlərdə 5-7% civarında inflyasiyanı tam normal hal kimi qiymətləndirirlər. Bəs sizcə necə, bu normaldırmı?

-Ölkələrdə inflyasiya hər zaman olub. Düşünürəm pandemiya vaxtında iqtisadi problemlər, qapanmalar bu prosesi daha da artırıb. Lakin dövlət nəzarəti bu prosesin çox dərinləşməsinə imkan vermir, mövcud şəraitdə əllərindən gələni edirlər.

- Məlumdur ki, hazırda ölkədə iqtisadi göstəricilər aşağıdır. Sizcə bu göstəricilərin yaxşılaşması üçün daha hansı addımlar atılmalıdır?

-Pandemiya müddətində insanların virusa yoluxması dinamik şəkildə artdığından bəzi sahələrdə qapanma oldu. Sahibkarların əksəriyyəti öz bizneslərini ya bağladılar ya da kiçiltdilər.Xüsusilə də turizm, kafe və restoranlar çox ciddi zərbə ilə üzləşdilər. Lakin bu zaman yeni yaranan və artan bizneslər də oldu. Oflayn çalışan bizneslər özlərini onlayn inkişaf etdirməklə ziyanlarını azaltmış oldular. Eyni zamanda yumşalmalara gediləndə artıq bu bizneslərin həm oflayn, həm onlayn kanalları hazır oldu. Dövlət isə tək sahibkarları deyil, həm də insanların sağlamlıqlarını da düşündü.

Onu da nəzərə alaq ki, Azərbaycan müharibədən yeni çıxan ölkədir. Bu çətin şəraitdə sahibkarlara güzəşt verilib, yoxlamalar dayandırılıb, yeni startup layihələrin vergidən tam azad olunması imkanı yaradılıb. Sahibkarlar üçün bu krizis bir sınaqdır, daha ağıllı tərpənib, həll yolu tapanlar bu çətinlikdən sonra daha da güclü olacaqlar. Məşhur söz var, səni öldürməyən səni güclü edir” .

İqtisadiyyat Nazirliyindən alığımız məlumata əsasən isə, pandemiya dövründə 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərilib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Aytən Sakitqızı

Paylaş:
983

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər