“Taliban” Pəncşirə nəzarəti tam ələ keçirib
“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.
1news.az-ın TASS-a istinadən xəbərinə görə, bunu “Taliban”ın təmsilçisi Zabihulla Mücahid bildirib.
O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib:
"Muzdlu düşmənlərin son istinadgahı olan Pəncşiri tam ələ keçirdik. Ölkədə təhlükəsizliyin tam təminatına yönəlmiş son səylər nəticə verdi. Pəncşir vilayəti hazırda İslam Əmirliyinin tam nəzarətindədir".
Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.
Bildirilir ki, vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib.
1news.az