Sahibə Qafarova erməni spikerin əsassız iddialarına cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova erməni spikerin əsassız iddialarına cavab verib

Qafar Ağayev17:36 - 08 / 09 / 2021
Sahibə Qafarova erməni spikerin əsassız iddialarına cavab verib

Milli Məclisin sədri parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxışında Ermənistan spikerinin əsassız iddialarına cavab verib.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib.

Spiker Sahibə Qafarova bildirib ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır. Parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır. Parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu qeyd edən Sahibə Qafarova deyib ki, bu, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsilə həyata keçirilməlidir.

Spiker qeyd edib ki, parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbuletmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin qlobal idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmək üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi.

S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətinə iki mexanizm - üzv dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və birbaşa müraciət etməklə təsir edə bilərlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilati və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan qlobal miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərinin isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.

Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verərək, deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.

Paylaş:
483

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər