Cəmil Babayev Azərbaycana qaytarıldı | 1news.az | Xəbərlər
Siyasət

Cəmil Babayev Azərbaycana qaytarıldı

Qafar Ağayev09:09 - 08 / 09 / 2021
Cəmil Babayev Azərbaycana qaytarıldı

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb.

C.Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər