Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO

Qafar Ağayev17:37 - 15 / 09 / 2021
Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, qonaqları salamlayan Sahibə Qafarova, görüşün xalqımız üçün çox əlamətdar bir gündə baş tutduğunu bildirib. O, 103 il əvvəl - sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edildiyini xatırladıb. Spiker ölkələrimizin hər zaman bir-birinə dəstək olduqlarını qeyd edərək, bu gün də münasibətlərimizin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova bu il iyul ayının 27-də Milli Məclisdə keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşündən danışaraq, tədbirin yekununda imzalanan Bakı Bəyannaməsinin ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Spiker 44 günlük Vətən müharibəsi haqqında məlumat verərək, deyib ki, artıq tarixə qovuşmuş münaqişənin həlli ilə bağlı 30 ilə yaxın davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir. Ermənistan müxtəlif təxribatlar törədərək, danışıqlar prosesinə mane olmuş, torpaqlarımızı işğal altında saxlamağa çalışmışdır. Lakin ötən il ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib. İndi işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün zəmin yaranıb. Təəssüflər olsun ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir.

Qonaqların səfər çərçivəsində işğaldan azad olunmuş şəhər və rayonlarımıza səfər edəcəklərini bildirən Sahibə Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

Milli Məclisin sədri bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işləri həyata keçirilir.

İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana səfər etdiklərini xatırladan Baş Ombudsman səfər çərçivəsində Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduqlarını, Ermənistandan atılan raketlər nəticəsində həyatlarını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət etdiklərini, yaxınları ilə görüşdüklərini deyib. Həmin dövrdə hazırladıqları hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdiklərini, həmçinin həmin hesabatı BMT-yə və beynəlxalq insan haqları təşkilatlarına göndərdiklərini bildirib. Şərəf Malkoç qeyd edib ki, bu dəfəki səfər çərçivəsində isə Ağdam, Tərtər, Şuşa və ətraf rayonlara səfər edəcəklər. Nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq. O, həmçinin, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunmamasını da beynəlxalq hüququn kobud pozuntusu kimi dəyərləndirərək, bununla bağlı müvafiq hesabat hazırlanaraq, BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndəriləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Pakistan İslam Respublikası Ombudsmanının müşaviri Məhəmməd Cavid Qani də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edib. O, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlığının dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib.

Görüşdə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının Ombudsmanı Celile Özlem Tunçak, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
517

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər