İƏT faktaraşdırıcı missiyası Şuşaya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

İƏT faktaraşdırıcı missiyası Şuşaya səfər edib

15:12 - 16 / 09 / 2021
İƏT faktaraşdırıcı missiyası Şuşaya səfər edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səfərdə İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edirlər.

Səfər çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, Şuşada mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri yerində araşdırılacaq.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər