Azərbaycanın “Doing Business” hesabatında göstəriciləri qəsdən pisləşdirilib - ARAŞDIRMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın “Doing Business” hesabatında göstəriciləri qəsdən pisləşdirilib - ARAŞDIRMA

14:37 - 17 / 09 / 2021
Azərbaycanın “Doing Business” hesabatında göstəriciləri qəsdən pisləşdirilib - ARAŞDIRMA

Dünya Bankı hər il tərtib etdiyi "Doing Business" reytinqini dayandırmağı qərar alıb.

1news.az bildirir ki, "APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, belə bir qərarın səbəbi qlobal maliyyə qurumları tarixində ən böyük qalmaqala səbəb ola bilər. Belə ki, Dünya Bankının araşdırmaları ("WilmerHale" hüquq şirkəti tərəfindən aparılıb – red.) zamanı məlum olub ki, 2018-ci ildə "Doing Business" reytinqində Çinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının mövqeyini qəsdən və səhv bir şəkildə yaxşılaşdırılıb, Azərbaycan üzrə göstəriciləri isə pisləşdirilib və nəticədə bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib.

Qeyd edilir ki, reytinqdəki dəyişikliklər Dünya Bankının keçmiş rəhbəri Cim Yong Kim, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva və reytinq yaradıcılarından biri Simon Dyankovun təzyiqi ilə edilib. Hazırda heç kimə qarşı korrupsiya ittihamı irəli sürülməsə də, araşdırma davam edir.

Azərbaycanda gəldikdə, "Doing Business" reytinqinin son buraxılışında Simon Dyankov ölkədən gələn məlumatları, hətta "Doing Business" komandasının yoxlamasından sonra bələ tanımamağa qərar verib və islahatlarla bağlı üç amil üzrə məlumatların tam doğru olmadığını bildirib. Nəticədə, S. Dyankov tərəfindən edilən dəyişikliklər Azərbaycanın "Doing Business" reytinqindəki göstəricisinə mənfi təsir edib (ölkənin mövqeyi iki bənd aşağı salınıb). Bu da Azərbaycanın ən yaxşı inkişaf edən ölkələr siyahısından çıxarılmasına səbəb olub.

Bundan əlavə, S. Dyankov hesabatın dərc olunmasına az bir müddət qalmış minoritar investorların qorunması üzrə göstəricinin (PMI) hesablanmasının metodologiyasında dəyişiklik edib ki, bu da Azərbaycanın hesabatda daha üç bənd itirməsinə səbəb olub. Bu dəyişikliyin gələcək hesabatlarda reallaşması gözlənilsə də, Dyankov onun Azərbaycanın reytinqinə mənfi təsir edəcəyini bilib, həmin dəyişikliyin tətbiqini sürətləndirib və dəyişiklik bir neçə həftə ərzində tətbiq edilib. Daha sonra müsahibəsində S. Dyankov PMI metodologiyasını dəyişdirməyin lazım olduğunu qəbul etsə də, üzv ölkələrə təklif olunan düzəliş haqqında əvvəlcədən məlumat vermək və onu gələcək hesabatlara daxil etmək əvəzinə, dəyişikliyi dərhal etməklə səhv etdiyini etiraf edib.

Qeyd edək ki, 2018-ci və 2020-ci illərdə Dünya Bankının "Doing Business" hesabatlarında bildirilən məlumat pozuntuları ətrafında faktların və vəziyyətin müstəqil xarici araşdırmasını "WilmerHale" ABŞ hüquq şirkəti aparıb.

Xatırladaq ki, ötən ilin yayında Dünya Bankı məlumatların işlənməsinin düzgünlüyünü yoxlamaq üçün illik "Doing Business" hesabatını dərc etməyi dayandırdığını açıqlamışdı.

1news.az

Paylaş:
487

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər