Könül Nurullayeva: “Həmsədrlərin sülh səylərinə xələl gətirən addımları Ermənistanı aqressiyaya həvəsləndirir” | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: “Həmsədrlərin sülh səylərinə xələl gətirən addımları Ermənistanı aqressiyaya həvəsləndirir”

12:55 - 17 / 09 / 2021
Könül Nurullayeva: “Həmsədrlərin sülh səylərinə xələl gətirən addımları Ermənistanı aqressiyaya həvəsləndirir”

“30 illik işğal dövründə Qarabağa qanunsuz səfərlər çox oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşənlər arasında diplomatlar, parlamentarilər, media mənsubları və sənət adamları kifayət qədər idi”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib:

“Amma yeni mərhələdə, münaqişənin həllini tapdığı və tərəflər arasında sülh sazişinin imzalanmasına zərurət olduğu bir vaxtda bu cür təxribatçı səfərlərin təkrarlanması qəbuledilməzdir. Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri haqlı olaraq narazılıq yaradır. Azərbaycan XİN haqlı olaraq, Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq edəcək”.

K.Nurullayevanın sözlərinə görə, burada ən çox təəssüf doğuran məqam sülh prosesinin pozma cəhdinin Fransanın, yəni həmsədr ölkənin təmsilçiləri tərəfindən edilməsidir:

“Prezident İlham Əliyev hər zaman bəyan edir ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.

Eyni yanaşma postmüharibə dövründə də müşahidə olunmaqdadır. Yenə başda həmsədr ölkələr olmaqla digər beynəlxalq təşkilatlar öz mandatlarına uyğun davranmaq istəmirlər. Əksinə, Ermənistanı pozucu fəaliyyətə, aqressiyaya həvəsləndirirlər. Bu isə o deməkdir ki, yeni mərhələdə də bölgədə baş verə biləcək istənilən gərginliyin məsuliyyəti həm Ermənistanın, həm də vasitəçilərin üzərinə düşür. Rəsmi Bakı əslində dayanıqlı sülh və təhlükəsizliyin bərpasında maraqlıdır. Ali baş komandan İlham Əliyev bütün beynəlxalq səviyyəli görüşlərdə bəyan edir ki, indi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq”.

1news.az

Paylaş:
453

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər