Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub

17:54 - 20 / 09 / 2021
Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusa yoluxub və "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

1news.az xəbər verir ki, "Yeni klinika"dan APA-ya verilən məlumata görə, Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır.

Xəstədə 85% ağciyər tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil

1news.az

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər