Deputat: “Bu, unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: “Bu, unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”

11:54 - 21 / 09 / 2021
Deputat: “Bu, unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”

“Un istehsalçılarının xərcini azaltmaq üçün dövlət subsidiya verəcək”.

Bunu 1news.az-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vuqar Bayramov bildirdi.

“Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik edib. Məqsəd dünya bazarında buğdanın qiymətinin artımlarının ölkə daxilində çörək və eləcə də, un məmulatlarına təsirləri minimumlaşdırmaq məqsədi daşıyır. Sənədə əsasən, istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib. Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib.
Qərar əsasən subsiyadaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxalacaq. Alınan fərq subsidiya formasında un istehsalçılara ödəniləcək”Məsələn, əgər şərti olaraq orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək”.


Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləğinin həmin fərq qədər azaldığını deyən deputat əlavə etdi ki, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanacaq:

“Bu qərarda məqsəd un istehsalaçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”

Aytən Sakitqızı

Paylaş:
539

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər