“Hansısa quldurbaşı özünü prezident elan edibsə, bu o demək deyil ki, o dövlət var”- Deputat
Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən hissəsinə Azərbaycan polisinin bu yoldan keçən avtomobillərin üzərində olan qondarma qurumun “bayrağ”ını silməsi Ermənistan mətbuatını sözün əsl mənasında alt-üst etdi.
Sözügedən video bir günün içində sosial şəbəkələrdə ildırım sürətilə yayıldı. Ermənilərə atdığı bu addımla dərs verən vətənpərvər Azərbaycan polisi üzərlərinə düşən vəzifəni uğurla, müvəffəqiyyətlə yerinə yetirdi.
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev edib ki, “Dağlıq Qarabağ” adlı hər hansı bir dövlət yoxdur ki, onun gerbi, bayrağı və yaxud da rəhbəri olsun:
“O simvoldan istifadə edənlər bir daha göstərmək istəyir ki, guya bunlar hansısa dövlətdir və bunların dövlət statusu var. Məlumdur ki, onların heç bir statusu yoxdur, bunlar qondarma məsələlərdir. Hətta hansısa quldurbaşı özünü prezident elan edibsə, bu o demək deyil ki, o dövlət var. Təxminən 25 min əhalisi olan ərazi özünü guya dövlət kimi aparmağa çalışır. Bunlar hamısı boş söhbətlərdir”.
Deputat Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən hissəsinə Azərbaycan polisinin bu yoldan keçən avtomobillərin üzərində olan qondarma qurumun “bayrağ”ını silməsini simvolik məsələ adlandırıb:
“Siz hansı dövləti təmsil edirsiniz ki, hələ bir onun qondarma bayrağını da avtomobilin üzərinə vurursunuz?!. Bunlar olacaq və bu proseslərə soyuqqanlı yanaşmaq lazımdır”.
Aytən Sakitqızı