Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Kamran Əliyev, İqor Krasnov və Artur Davtyan arasında üçtərəfli görüş keçirilib.
1news.az xəbər verir ki, Trend bu barədə Rusiya Baş Prokurorluğuna istinadən məlumat verir.
Qeyd olunur ki, görüş zamanı tərəflər üç ölkə liderlərinin imzaladıqları bəyanatların icrasını və gələcək hüquqi əməkdaşlıq perspektivlərini müzakirə edib.
Rusiyalı baş prokuror İ.Krasnov üçtərəfli əməkdaşlıq formatının səmərəliliyini vurğulayıb və əsas hədəfin regionda gərginliyin artmasının qarşısının alınması olduğunu deyib.
Tərəflər gələcəkdə gərginliyin qarşısının alınması üçün təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
559