“İlham Əliyevin bir il əvvəl BMT-nin Baş Assambleyasında dediyi sözlər reallaşdı” – Naqif Həmzəyev | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyevin bir il əvvəl BMT-nin Baş Assambleyasında dediyi sözlər reallaşdı” – Naqif Həmzəyev

Qafar Ağayev15:29 - 24 / 09 / 2021
“İlham Əliyevin bir il əvvəl BMT-nin Baş Assambleyasında dediyi sözlər reallaşdı” – Naqif Həmzəyev

“2020-ci ilin sentyabr ayının 24-də Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı düşmənin yeni təxribatlara hazırlaşdığını, Azərbaycana yeni zərbələr endirmək istədiyini vurğuladı”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti orada dünyaya çağırış edərək bildirdi ki, düşmən tərəfi haqq yoluna gəlməyəcəyi təqdirdə biz döyüşərək, vuruşaraq, öz müdafiə haqqımızdan istidadə edərək bu torpaqları işğaldan azad edəcəyik.

“Elə də oldu, artıq o müddətdən bir il keçib, Cənab Prezident bu il yenidən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı seriyasında videoformatda çıxış edərək, bu dəfə bir il bundan əvvəlki çıxışından fərqli olaraq “Biz əminliklə deyə bilərik ki, düşmən ordusu məhv edildi və biz torpaqlarımızı işğaldan azad etdik” bildirdi. Keçən ildən fərqli olaraq bu il cənab Prezident öz çıxışında, “Biz artıq öz istəyimizə çatmışıq, beynəlxalq ictimaiyyətin həll edə bilmədiyi məsələ bizim öz gücümüzə həll olundu. Biz artıq qarşı tərəfə seçim vermişik. Onlar özləri seçməlidir, ya bu problem davam etməlidir, ya da onlar sülh yolunu seçməlidir. Onlar sülh yolunu seçəcəyi təqdirdə yeni infrastruktur yaranacaq, kommunikasiya xətləri açılacaq və Naxçıvan-Türkiyə-Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi işə düşəcək. Nəticə etibarı ilə regionda uzunmüddətli sülh bərqərar olacaq” dedi. Prezident İlham Əliyevin bir il əvvəl Birləşmiş Millətlər Təşkilarının Baş Assambleyasında çıxışı zamanı dedikləri reallaşdı".

“Bütün bunlar Azərbaycan Prezidentinin necə uzaqgörən, necə səriştəli lider, necə bacarıqlı və professional diplomat olduğunun göstəricisidir” – deyə, deputat sözlərinə əlavə edib:

“Bir sözlə, cənab Prezident İlham Əliyev dediyi bütün sözlərə, vədlərə əməl edir və dünyaya həqiqətən də müasir lider necə olmalıdır, onu göstərdi. Xüsusilə mən qeyd etməliyəm, 44 günlük Vətən Müharibəsindən sonra əldə edilmiş zəfər və hərbi paradda qənimət götürülmüş erməni texnikaları və daha daha sonra Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkı gənclərimizin daha vətənpərvər ruhda yetişməsinə çox böyük xidmət edəcək. Uzun illər bütün dünya azərbaycanlıların bu milli ruhundan, qəhrəmanlığından danışacaq”.

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər