“Ümid edək ki, İranla qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Ümid edək ki, İranla qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq” - Deputat

12:43 - 24 / 09 / 2021
“Ümid edək ki, İranla qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq” - Deputat

“İran ilə yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə edilən məsələlərdəndir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi:

“Cənub qonşumuz ilə ticari dövriyyəmiz 2016-cı ildən sonra daha çox artsa da ötən il pandemiyanın təsirlərindən qaça bilmədi. Belə ki, İran ilə ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir”.

İrandan illik idxalın həcminin 300 milyon dollar olduğunu deyən deputat əlavə etdi ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub.

“Göründüyü kimi, İran ilə ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İran ilə ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək.

İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmamalıdır. Azərbaycan illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır”.

Vüqar Bayramov həmçinin ötən il İrandan ölkəmizə idxal edilən məhsulların dəyərini açıqladı:

“Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir.

Azərbaycan ərazi bötüvlüyümüzə hörmətlə yanaşan ölkələr ilə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan dövlətdir. Ümid edək ki, qonşuluq prinsiplərinə qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq”.

Aytən Sakitqızı

Paylaş:
516

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25
Bütün xəbərlər