İşğaldan azad olunmuş Füzuli rayonuna kommersiya məqsədli ilk sınaq uçuşu reallaşıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İşğaldan azad olunmuş Füzuli rayonuna kommersiya məqsədli ilk sınaq uçuşu reallaşıb - FOTO

09:31 - 27 / 09 / 2021
İşğaldan azad olunmuş Füzuli rayonuna kommersiya məqsədli ilk sınaq uçuşu reallaşıb - FOTO

Müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçi kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyahətçilər sentyabrın 27-də təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniblər.

Bakı-Füzuli marşrutu üzrə uçuş təxminən 35 dəqiqə davam edib.

Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaqlar.

Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan Füzuli rayonunda Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə beynəlxalq aeroport tikilib. Bu il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş edib. Azərbaycanın “Airbus A340-500” və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarələri texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirib.

Paylaş:
422

Son xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36
Bütün xəbərlər