İqtisadi Şuranın səlahiyyətləri artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

İqtisadi Şuranın səlahiyyətləri artırılıb

S.Xankişiyeva17:05 - 28 / 09 / 2021
İqtisadi Şuranın səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Azərbaycan Respublikasının İqtisadi Şurasının səlahiyyətləri artırılıb.

Belə ki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamının 6-cı hissəsində “Maliyyə Sabitliyi” sözləri “İqtisadi” sözü ilə əvəz edilir.

Bununla İqisadi Şura aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin edəcək.

Bundan öncə bu səlahiyyət Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında idi.

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər