Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

S.Xankişiyeva17:25 - 28 / 09 / 2021
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər