Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb - FOTO

Qafar Ağayev12:17 - 29 / 09 / 2021
Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb - FOTO

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.

1news.az xəbər verir ki, Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım Bailam Kesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstan Respublikasındakı səfirliyini ziyarət edərək səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov səfirliyin fəaliyyəti barədə məlumat verib. Milli Məclisin sədri Sahibə Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq, şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək buradakı eksponatlarla tanış olublar. Azərbaycan parlamentinin rəhbəri muzeyin Xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.

Sonra nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətinin üzvləri bu təhsil kompleksində professor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olublar, onlara universitet haqqında geniş məlumat verilib.

Paylaş:
517

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər