Aleksandr Lukaşenko: Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Lukaşenko: Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir

S.Xankişiyeva14:02 - 30 / 09 / 2021
Aleksandr Lukaşenko: Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir

Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkə və strateji tərəfdaşımızdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri sentyabrın 30-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edərkən söyləyib.

Belarus Prezidenti etimad və etibara görə ölkəsi adından və şəxsən öz adından bütün Azərbaycan xalqına, dostu, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər