Nikolya Sarkozi həbs edilib | 1news.az | Xəbərlər
Dünya

Nikolya Sarkozi həbs edilib

S.Xankişiyeva14:20 - 30 / 09 / 2021
Nikolya Sarkozi həbs edilib

Fransanın sabiq prezidenti Nikolya Sarkozi məhkəmə qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, o, 2012-ci il prezident seçkiləri ərəfəsində seçki kampaniyası üçün xərclərin həddini aşmaqda təqsirli bilinib.

Qeyd olunur ki, məhkəmə hökmünün çıxarıldığı iclasda N.Sarkozi iştirak etməyib.

İttihama əsasən, sabiq prezident 2012-ci il seçki kampaniyasına qanunla icazə verilən 22 milyon avro əvəzinə 42 milyon avro sərf edib.

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər