Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM

S.Xankişiyeva14:16 - 30 / 09 / 2021
Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər