Tural Gəncəliyev: Avropalılar Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror barədə məlumatlanmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: Avropalılar Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror barədə məlumatlanmalıdır

S.Xankişiyeva17:39 - 30 / 09 / 2021
Tural Gəncəliyev: Avropalılar Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror barədə məlumatlanmalıdır

Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji problemləri gündəmə gətirməyim avropalılar tərəfindən də normal qarşılanır.

Çünki onlar ekoloji problemin nə demək olduğunu yaxşı bilirlər. Bizim rayonlardakı çaylar, xüsusilə Oxçuçay bir neçə ölkədən keçir. Çirkləndirmə nəticəsində flora, eləcə də fauna məhv olur. Avropa parlamentariləri bunu yaxşı başa düşür, çünki Ermənistan ekoloji terror törədirsə və bu, cavabsız qalırsa, bu ölkə yeni təxribatlara da əl atacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev deyib.

O bildirib ki, “Ətraf mühit və insan haqları: təhlükəsiz, sağlam və davamlı inkişaf” adlı məruzə ətrafında çıxışı dərc edilərək parlamentarilərə paylanıb. Azərbaycanlı deputat qeyd edib ki, çıxışının mətnində Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji terror, ekoloji cinayətlərə diqqət çəkib. Sərhəd çayı olan Oxçuçay vasitəsilə Ermənistan ölkəmizə ekoloji ziyan vurub. Bununla da insanların sağlam ətraf mühitdə yaşama hüququnu pozub. Ermənistanın Oxçuçayı çirkləndirməsi nəticəsində nadir balıqlar, bitkilər məhv olub.

“Avropalılardan da tələbimiz budur ki, əgər Ermənistan törətdiyi ekoloji terrora görə cəzasız qalırsa, o, daha ciddi təxribat addımı atacaq. Bu isə qəbuledilməzdir. Ekoloji terrorun, ekoloji problemin dünya gündəmində olduğunu nəzərə alaraq bu məsələni qaldırmışam, - deyə o bildirib.

Paylaş:
577

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər