Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib | 1news.az | Xəbərlər
İdman

Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib

09:21 - 30 / 09 / 2021
Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun oyunları keçirilir.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan təmsilçiləri də növbəti görüşlərini keçiriblər.

Teymur Rəcəbov bu turda Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz bu prinsipial görüşdə qələbə qazanıb. O, ağ fiqurlarla oynadığı 2-ci partiyada rəqibini məğlub edib. 4 oyunun yekununda Teymur 2,5:1,5 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.

Qeyd edək ki, VI turda Rəcəbov Uesli So, Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşacaq.

1news.az

Paylaş:
798

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər