“Mövcud vəziyyət gələn ilədək davam edəcək” - Ekspert rəyi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Mövcud vəziyyət gələn ilədək davam edəcək” - Ekspert rəyi

10:52 - 01 / 10 / 2021
“Mövcud vəziyyət gələn ilədək davam edəcək” - Ekspert rəyi

“Neftin dünya bazar qiymətlərinin ardıcıl olaraq yüksəliş nümayiş etdirməsi, dünya ölkələrində koronavirusla bağlı pandemiyanın sovuşması ilə əlaqədardır”

Bunu 1news.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi:

“Belə ki, vaksinləşdirmə prosesi artıq, nəticələrini göstərməkdədir. O mənada ki, bütün ölkələrdə məhdudiyyətlər aradan götürülür və buna müvafiq olaraq da cəmiyyətdə və iqtisadiyyatda bərpa prosesləri getdikcə sürətlənir. Bu da tələbatı artırır. Söhbət, bütün sahələrdəki tələbdən gedir”.

Son 2 ildə pandemiya ilə bağlı bütün sektorlar üzrə təklifdə fasilənin yarandığını deyən ekspert əlavə etdi ki, hasilat azaldıldı, istehsal dayandı, xidmət məhdudlaşdırıldı:

“Hazırda sürətlə artmaqda olan tələbatı təklif qarşılaya bilmir. Bu fonda ölkəmizə gəldikdə isə, bizim üçün mövcud vəziyyət həm əlverişlidir, həm də müəyyən istiqamətlər üzrə qeyri-qənaətbəxş.Əlverişlidir ona görə ki, neftin bahalaşması gəlirlərimizi artırır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib ki, hələ hasilatı azaltmışıq. Büdcədə neftin qiymətini 40 dollardan götürmüşük ki, dünya bazarlarında isə 80 dolları keçib. Bu isə o deməkdir ki, 200 faiz həddində gəlir götürürük. Qeyri-qənaətbəxşdir isə ona görədir ki, xam neftin bahalaşması hər şeyin qiymətini yüksəldir. Ərzaq və digər məhsullar da bahalaşır. Bu isə bizə təsir edir və inflyasiya idxal edir - daxildə istehsalı zəiflədir, onun genişlənməsi qarşısını alaraq boğur. Hesab edirəm ki, bu vəziyyət gələn ilədək davam edəcək”

Aytən Sakitqızı

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər