Könül Nurullayeva: “Suqovuşanın və Talış kəndinin azad edilməsinin düşmənə psixoloji sarsıntı yaşatması səbəbsiz deyildi” | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: “Suqovuşanın və Talış kəndinin azad edilməsinin düşmənə psixoloji sarsıntı yaşatması səbəbsiz deyildi”

14:25 - 04 / 10 / 2021
Könül Nurullayeva: “Suqovuşanın və Talış kəndinin azad edilməsinin düşmənə psixoloji sarsıntı yaşatması səbəbsiz deyildi”

Bir il əvvəl 2020-ci il oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi eyni gündə işğaldan azad edildi. Azərbaycan ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək, strateji əhəmiyyətə malik olan Suqovuşanı azad etməklə mövqelərimizin daha da möhkəmlənməsinə nail oldu.

Beləliklə, Azərbaycan strateji yollar və yüksəklikləri nəzarətə götürdü, düşmənin xeyli qüvvəsi təcrid edildi. Mühribənin ilk günlərində əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi. Eyni zamanda müharibənin gedişi də göstərdi ki, Talış və Suqovuşanın azad edilməsi Ermənistan ordusunda ciddi psixoloji sarsıntı yaratdı. Çünki dövlət başçımızın da söylədiyi kimi, bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən isə bizim bu istiqamətdən hərəkətə keçəcəyimizi bilirdi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Bununla belə, Azərbaycan ordusu bu istehkam və müdafiə xəttini yararaq, düşməni darmadağın etdi.

Ötən bir il ərzində Suqovuşanda bərpa prosesinin sürətinə diqqət çəkmək vacibdir. Qısa vaxtda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı həyata keçirildi. Bu gün Azərbaycan Suqovuşan su anbarına nəzarəti təmin edib. Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemi həllini tapıb. Hər birimiz xatırlayırıq, əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər ekoloji terror törədirdi. Bu məsələ dəfələrlə AŞPA-da müzakirəyə çıxarılmışdı, hətta məruzə də qəbul olunmuşdu. Amam düşmən buna məhəl qoymayaraq, terror siyasətini davam etdirirdi. 44 günlük tarixi savaş zamanı Azərbaycan regionda ekoloji terrorun da kökünü kəsdi.

Bu gün işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması, yol infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Paylaş:
351

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər