Zakir Həsənov Gürcüstanda Hulusi Akarla görüşdü - FOTO
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.
Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
1news.az