“İranın yürütdüyü siyasət regionda sülhə maneədir!” - Deputat hərbi təlimlərdən danışdı | 1news.az | Xəbərlər
Siyasət

“İranın yürütdüyü siyasət regionda sülhə maneədir!” - Deputat hərbi təlimlərdən danışdı

14:03 - 06 / 10 / 2021
“İranın yürütdüyü siyasət regionda sülhə maneədir!” - Deputat hərbi təlimlərdən danışdı

“İranın son günlər Arazboyu ərazidə hərbi təlim keçməsi və ermənispərəst siyasətini açıq şəkildə biruzə verməsi ölkəmizdə böyük narahatlıq yaradıb”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib:

“Cənab prezident öz çıxışında bu narahatlığı dilə gətirərək, lazımi cavabı verib. Sadəcə demək istəyirəm ki, müsəlman ölkəsinin digər müsəlman ölkəsinə qarşı bu hərəkəti qəbuledilməzdir. Bu gün Ermənistan hakimiyyətinin iyrənc əməlləri hamıya bəllidir. Xocalıda törədilən dəhşətləri, bacı-qardaşlarımızın, uşaqlarımızın başına gətirilən misli görünməmiş vəhşilikləri bütün dünya dövlətləri bilir, həmçinin İran da. Çox təəssüfedici məqamdır ki, müsəlman ölkəsi olan İran Azərbaycana qarşı xoflu siyasət yürüdür. Azərbaycanın isə heç bir ölkə ilə şəxsi qərəzlik nümayiş etdirəcək münasibəti yoxdur. Əksinə, ölkəmizdə hakimiyyətdən tutmuş sadə xalqın nümayəndələrinə kimi hər birimiz dostluq-qardaşlıq münasibətlərinin qorunub saxlanılmasına qarşı deyilik”.

Deputatın sözlərinə görə, digər dünya dövlətləri kimi İran da yaxşı bilir ki, Qarabağ Azərbaycandır!:

“44 günlük Vətən müharibəsində kimin kim olduğu bəlli oldu. Eləcə də İranın mövcud hərəkəti etməsi bizdə böyük narahatlıq doğurur. Xocalı kimi dəhşətli faciəni törətmiş olan Ermənistanın işğalçılıq siyasətini müsəlman ölkəsinin dəstəkləməsi böyük təəssüf doğurur. İranın yürütüdüyü siyasət regionda sülhə maneədir!”.

Aytən Sakitqızı

Paylaş:
588

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər