Azərbaycan Prezidenti: Avropa İttifaqı ilə əməkdaşlığımızın çox geniş gündəliyi var
Azərbaycanın Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlığının çox geniş gündəliyi var.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edərkən bildirib.
Bunu çox səmərəli və uğurlu əməkdaşlıq adlandıran dövlətimizin başçısı deyib: “Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik”.
520