Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş vermiş zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
1news.az-ın məlumatına görə, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: "Biz Pakistanın Bəlucistan əyalətində baş vemriş zəlzələ ilə bağlı dərindən kədərlənirik. Fəlakət nəticəsində həlak olanların yaxınlarına başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Biz zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistanın yanındayıq".
Qeyd edək ki, gecə saatlarında Bəlucistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.