“İran sözdə deyil, əməldə öz “dostluğunu” sübut etdi” - Politoloq
“İran tərəfinə rəsmi şəkildə cavab verildi və həqiqətən, gördük ki, İran tərəfi sözdə Azərbaycanla dostuq desə də, əməldə bunun üstündən xətt çəkdi”.
Bunu 1news.az-a açıqlamasında politoloq Elman Vəliyev dedi.
“Prezident İran tərəfinə müraciət edərək, Azərbaycana qarşı yanlış addımlar atılmasına son verməsini bildirdi. İranın qanunsuz şəkildə Qarabağa yük daşıması onun yanlış addım atdığını bir daha təsdiqlədi. Azərbaycan tərəfi qonşuları ilə düşmənçilik ideologiyasına malik deyil. Hər zaman əməkdaşlıq, normal diplomatik münasibətlər prinsipini qoruyub. Azərbaycan tərəfi öz ərazi bütövlüyünə, xalqının suverenliyinə hörmət edən hər kəsə öz qapısını açıq qoyub. Hörmət etməyənə isə layiqincə cavab verib və vercək də. Bundan sonra cənub qonşumuz bunlardan, bəlkə, dərs çıxarar. Zənn edirəm ki, İran tərəfi proseslərin yanlış anlaşıldığını, Azərbaycanla dostluq münasibətlərinə sadiq qaldıqlarını dilə gətirərək işin içərisindən çıxmağa çalışacaq. Azərbaycan kimi qonşusu ilə münasibətləri korlamaq İrana heç sərf etmir. Əminəm ki, bunu İranın özü də anlayır”.
Aytən Sakitqızı