Sahibə Qafarova Slovakiyanın Baş naziri Eduard Heger ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Slovakiyanın Baş naziri Eduard Heger ilə görüşüb

Qafar Ağayev10:23 - 08 / 10 / 2021
Sahibə Qafarova Slovakiyanın Baş naziri Eduard Heger ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.

1news.az xəbər verir ki, Slovakiya Respublikasının Baş naziri Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eduard Heger iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini xüsusilə qeyd edib. O, COVİD-19 pandemiyasına qarşı mübarizə istiqamətində Slovakiyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin sədrinə məlumat verib, Azərbaycanda bu sahədə atılan addımlarla maraqlanıb.

Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.

Parlamentlərarası əlaqələrin hazırki səviyyəsi haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişafına xidmət edir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə haqqında Baş nazirə geniş məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bu zəfər nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına həyata keçirib. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirdiyini vurğulayan Sahibə Qafarova deyib ki, ölkəmiz Ermənistanın 30 illik işğalı dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılan, məhv edilən şəhər və rayonları, yaşayış məntəqələrini, infrastrukturu, mədəni, tarixi və dini abidələri bərpa edir, yenidən qurur.

Milli Məclisin sədri həmçinin, Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib. O, Ermənistanın silahlı cinayətkar terrorçu qrupları işğaldan azad olunan ərazilərə göndərməsi, 10 noyabr bəyanatından sonra saxlanılan terrorçuları hərbi əsirlər kimi təqdim etməyə çalışması, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında faktları diqqətə çatdırıb. Spiker xüsusilə vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağa davam edir.

Söhbətdə spiker Sahibə Qafarova Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizədə görülən işlər, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə reallaşan beynəlxalq tədbirlər barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Baş nazir Eduard Hegerə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.

Paylaş:
355

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər