Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb | 1news.az | Xəbərlər
Siyasət

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

S.Xankişiyeva11:55 - 08 / 10 / 2021
Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər