Misir, İordaniya və İraq mediasında Nəsimiyə həsr olunmuş məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Misir, İordaniya və İraq mediasında Nəsimiyə həsr olunmuş məqalə dərc olunub

Qafar Ağayev15:09 - 11 / 10 / 2021
Misir, İordaniya və İraq mediasında Nəsimiyə həsr olunmuş məqalə dərc olunub

Ərəb ölkələrinin KİV-ləri dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş geniş məqalə dərc ediblər.

1news.az xəbər verir ki, Şərqşünas Həşim Məmmədov və jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduqları “İmadəddin Nəsimi. Bəşəriyyətə nur saçan günəş” sərlövhəli məqalədə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.

Misirin “Nile1”, İordaniyanın “Nayrouz”, İraqın “Əfkarhürə”, İraqın “Bobiannews” və “Q8-press” portallarında dərc olunmuş yazıda ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Nəsimi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib və dahi şairin 650 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gərilrib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.

Müəlliflər qeyd ediblər ki, yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanıb və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.

Məqalədə, həmçinin Azərbaycanın və dünyanın tanınmış alimləri, şərqşünaslarının Nəsimi irsi haqqında fikirləri, dahi şairin şeirlərindən parçalar yer alıb.

Paylaş:
453

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər