İraqda iki ay əvvəl ölən namizəd deputat seçildi
İraqda bitəfər deputatlığa namizəd Ensam Manueyl İsgəndər, 10 oktyabrda keçirilən növbədənkənar seçkilərdə 2397 səs toplayaraq xristianlara ayrılan kvotadan seçkiləri qazanıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha sonra namizədin sosial media hesablarından verilən açıqlmada, xristian qadın namizəd İsgəndərin koronavirusa yoluxaraq 35 gün xəstəxanada müalicə aldığı və iki ay əvvəl öldüyü açıqlandı.
Qeyd edək ki, İraqda azlıq olan xristianlara seçkilərdə kvota haqqı tanınır.
481