“Ermənistanla sülh imzalanmasına gedilsə onlar dəqiq xəritələri təqdim etməlidirlər” –Deputat Prezidentin çıxışından danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistanla sülh imzalanmasına gedilsə onlar dəqiq xəritələri təqdim etməlidirlər” –Deputat Prezidentin çıxışından danışdı

15:04 - 15 / 10 / 2021
“Ermənistanla sülh imzalanmasına gedilsə onlar dəqiq xəritələri təqdim etməlidirlər” –Deputat Prezidentin çıxışından danışdı

“Müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub, yaxud ciddi xəsarət alıb”.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib. Prezident vurğulayıb ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. “İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb”, - deyən Azərbaycan Prezidenti qeyd edib ki, qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər.

Bəli, tolerantlığın “t”sindən belə xəbəri olmayan bir dövlətin terrorçuluqla məşğul olması göz önündədir. Bu azmış kimi üstəlik Beynəlxalq Təşkilatların da qətnaməsini qulaq ardına vurur Ermənistan. Minaların xəritəsini Azərbaycan tərfinə təqdim etməkən boyun qaçırır. Sülhün vacibliyi ilə bağlı dünyaya “meydan oxuyan” havadarları da nədənsə buna göz yumur.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev 1news.az-a açıqlamasında vurğuladı ki, minalanmış ərazilər tam təmizlənməlidir ki, Qarabağa böyük köç, böyük qayıdış baş tutsun:

“Ərazilərin minalardan təmizlənməsi üçün hazırlıq işlər gedir, müxtəlif tikinti-qurculuq işləri də öz yerində. Çox təəssüf ki, bu gün ermənilər özlərinin minaladığı Azərbaycan torpqlarının xəritəsini verməməklə manipulyasiya edirlər. Biz tərəfdən götürülən terrorçularla xəritələri dəyişdirmək fikirləri var, hətta təqdim olunan minaların xəritəsində də müəyyən qədər yanlışlıqlar var. Bu xəritələr təxminən 25-30 faiz düzgündür. Paşinyanla görüşlərdə də Rusiya tərəfi bu məsələlərdə daha ciddi olmalıdır. Əgər Ermənistanla sülh imzalanmasına gedilsə, bizim ərazi bütövlüyümüzü tanısalar, məlumdur ki, ilk növbədə onlar bu xəritələri təqdim etməlidirlər. Paşinyan gələcəkdə sülhə nail olmaq istəyirsə, ilk növbədə qeyd etdiyim kimi həmin xəritələri təqdim etməlidir. Çünki xəritə təqdim edilsə, sülhə qayıdış və infrastrukturların bərpası daha tez olar. Bu da təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistan çirkin niyyətindən əl çəkməlidir. Nəyin bahasına olur olsun, biz həmin əraziləri minalardan təmizləyəcəyik. Xəritələrimiz olmasa da, biz bu istiqamətdə çox ciddi işlər görürük. Təbii ki, bizə dost, qardaş dövlətlərin də köməklikləri var. ATƏT Minsk Qrupunun həmsədrləri müsbət iş görmək istəyirlərsə, bu mövzuda ermənilərə təsir göstərməlidirlər. Ən ciddi təzyiqi isə Rusiya sülhməramlıları göstərməlidir. Bu proseslərdə dünya maraqlı olmalıdır. Çünki minalanmış ərazilər təkcə regional təhlükəsizlik deyil, qlobal təhülkəsizliyə təhdiddir”.

Paylaş:
429

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər