Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib - FOTO

Qafar Ağayev09:20 - 18 / 10 / 2021
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 7 bilbordda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi münasibətilə məlumat xarakterli bilbordlar yerləşdirilib.

Komitədən 1news.az-a verilən məlumata görə, Böyük Britaniyada yaşayan soydaşlarımızın adından Müstəqillik Gününə həsr olunmuş lövhələrdə 18 Oktyabr tarixinin Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, lövhələrdə üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın 3 gün müddətində yerləşdirilməsi nəzərdə tutulur.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər